- 15:10
Yaponiya Parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası (Diet) növbədənkənar seçkilərlə əlaqəli olaraq rəsmən buraxılıb.
E-huquq.az Kyodo agentliyinə istinadən xəbər verir ki, palatanın iclasında bu barədə qərar qəbul edilib.
Normalda 2028-ci ilə qədər fəaliyyət göstərməli olan palatanın buraxılması növbədənkənar seçki prosesini rəsmən başladıb.
Fevralın 8-nə təyin edilən seçkilər üçün təşviqat kampaniyası yanvarın 27-də start götürəcək.
Baş nazir Sanae Takaichi daha əvvəl Nümayəndələr Palatasının yanvarın 23-də buraxılacağını açıqlamışdı.
Şəbnəm Mehdizadə