Krımda terrora cəhd edən şəxslər saxlanıldı


  • 12:31

Krımda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə diversiyalar törətməkdə təqsirləndirilən 2 Rusiya vətəndaşları saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslər 2024 və 2025-ci illərdə bir sıra diversiya-terror aktlarının törədilməsində iştirak ediblər.

“2024-cü ildə onlar “Telegram” vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı ilə əlaqə qurmuş, onun rəhbərliyi altında Krım yarımadasında Rusiya Müdafiə Nazirliyinə məxsus obyektlərin, kritik əhəmiyyətli infrastrukturun yerləşməsi, Rusiya Silahlı Qüvvələrinin hərbi texnika kolonlarının hərəkəti, həmçinin Ukrayna Silahlı Qüvvələrinin raket zərbələrinin nəticələri barədə məlumat toplayıb ötürmüşlər”, - məlumatda bildirilib.

Diversantlar, həmçinin Krım dəmir yolunda rele şkaflarını və mobil rabitə baza stansiyalarının avadanlıqlarını yandırıblar.

Onlara qarşı, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) və 205.3-cü maddəsi (terror fəaliyyəti həyata keçirmək məqsədilə təlim keçmə) üzrə cinayət işləri açıb.

Humay Eminqızı

Oxşar xəbərlər