ABŞ-da ekvadorlu 5 yaşlı uşaq miqrasiya qaydalarını pozduğu üçün saxlanılıb


  • 12:23

ABŞ İmmiqrasiya və Gömrük Polisi (ICE) əməkdaşlarının Minnesota ştatında keçirdiyi əməliyyat zamanı 5 yaşlı uşaq və atası saxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, azyaşlının saxlanılması ölkədə mübahisələrə səbəb olub.

5 yaşlı Liam Ramos və atası Adrian Alexander Conejo Ariasla birlikdə olarkən evinin qarşısında ICE əməkdaşları tərəfindən saxlanılıb.

Daxili Təhlükəsizlik Departamenti (DHS) hədəfin ata olduğunu bildirib. Nazirlik atanın əməkdaşları gördükdən sonra oğlunu yalnız qoyaraq qaçmağa cəhd etdiyini açıqlayıb.

Mətbuat konfransında ailənin vəkili Mark Prokoş bildirib ki, Liam və atası 2024-cü ildə Ekvadordan sığınacaq almaq üçün ABŞ-yə gəliblər və bütün hüquqi prosedurlara əməl ediblər. Prokoş ailənin ICE əməkdaşlarından yayınmadığını vurğulayıb.

Məktəbin idarə heyətinin üzvü Meri Qranlund hadisə yerində olduğunu deyib və uşağı özü ilə aparmağı təklif edib, lakin rəsmilər buna icazə verməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər