Ermənistanın Gorus şəhərində qumbara partladı,- İki nəfər öldü, bir nəfər yaralandı


  • 20:42

Ermənistanın Gorus şəhərində qumbara partlayışı nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda baş verən hadisənin bütün halları və səbəbləri araşdırılır, DİN-dən qeyd olunub.

KİV-in yazdığına görə, faciəli insident nəticəsində Gorus meri Aruş Aruşanyanın sürücüsü və onun uzaq qohumu ölüb.

Oxşar xəbərlər