İran iğtişaşlar zamanı 30 min nəfərin həlak olması ilə bağlı məlumatlarını təkzib etdi


  • 09:39

İran Qərb KİV-lərinin ölkədə baş verən iğtişaşlar zamanı 30 min nəfərin həlak olması ilə bağlı məlumatlarını təkzib edib.

E-huquq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Baqai məlumat yayıb.

“Hitler üslubunda böyük yalan: guya İranda küçələrdə öldürməyi planlaşdırdıqları insanların sayı bu qədər deyildimi?! Amma buna nail ola bilmədilər və indi bunu kütləvi informasiya vasitələrində saxtalaşdırmağa çalışırlar. Həqiqətən də amansızdır”, – deyə Baqai “X “ sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, etirazlar 29 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və ağır iqtisadi vəziyyət səbəbindən başlayıb, daha sonra ölkənin bir çox şəhərinə yayılıb.

Humay Eminqızı

Oxşar xəbərlər