- 11:34
Türkiyənin Adana şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Adananın Sarıçam rayonunda, Tarsus-Adana-Qaziantep avtomobil yolunda hərəkət olarkən sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu aşıb.
Daha sora avtobus yolun kənarındakı beton maneəyə çırpılıb.
Qəza nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə