- 11:34
ABŞ-də yağan güclü qar və şaxtalı hava bir sıra fəsadlara səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Texas, Nyu-York, Nyu-Cersi və Vaşinqton ştatlarında 10 mindən çox aviareys ləğv edilib, 8 000-dən çox uçuş gecikib.
Müxtəlif bölgələrdə yaşayan 770 000 vətəndaş işıqsız qalıb.
Nyu-York meri Zöhran Mamdani sabah Nyu-Yorkda məktəblərin bağlanacağını açıqlayıb.
Rəsmilər qar fırtınasının ölkənin böyük bir hissəsində davam edəcəyini açıqlayıb.
Şəbnəm Mehdizadə