İndoneziyada torpaq sürüşməsində ölənlərin sayı 25-ə çatdı


  • 11:34

İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.

E-huquq.az xaici KİV-ə istinadə xəbər verir ki, İndoneziyanın Qərbi Yava əyalətində günlərdir davam edən leysan yağışların səbəb olduği torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb.

Hazırda itkin düşmüş şəxsin axtarışları davam edir.

Sürüşmə nəticəsində 30-dan çox evə ziyan dəyib, bəzi yaşayış məntəqələri tamamilə torpaq altında qalıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər