Avstraliyada meşə yanğını ilə bağlı əhaliyə xəbərdarlıq edilib


  • 16:00

Avstraliyanın Viktoriya ştatında davam edən meşə yanğınları ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət qurumları Otways Milli Parkı bölgəsində davam edən yanğınların qarşısını almaq məqsədilə bir sıra tədbirlər görüb.

Gellibrand, Kawarren, Beech Forest, Forrest, Barongarook şəhərlərində yaşayn 1100 nəfərin təxliyəsi tələb olunub.

Rəsmilər yanğının sahil şəhərlərinə də keçə biləcəyi barədə əhaliyə barədə xəbərdarlıq edib.

İndiyə qədər təxminən 94,000 akr ərazi yanğından zərər çəkib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər