- 17:33
Yaponiya Ueno Zooparkındakı son iki pandanı Çinə qaytarmağa hazırlaşır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə doğulan əkiz pandalar “Xiao Xiao” və “Lei Lei” sabah Çinə göndəriləcək.
Məlumata görə, pandaların son ictimai ziyarət günündə minlərlə insan zooparka axın edib. Onlayn ziyarət üçün ayrılan 4 400 yerə müraciət sayı 24,6 dəfə çox olub.
Pandaların yanvarın 28-də Çindəki yeni obyektlərinə çatması ehtimal edilir. Bununla da son 50 ildən artıq müddətdə Yaponiyada ilk dəfə panda olmayacaq.
Qeyd edək ki, Çin 1972-ci ildə iki ölkə arasında münasibətlərin normallaşması münasibətilə Yaponiyaya pandalar hədiyyə edib. Yeni pandaların göndərilməsi ilə bağlı gözləntilər isə Tayvan məsələsi ətrafında yaranan siyasi gərginlik səbəbindən qeyri-müəyyən olaraq qalır.
Şəbnəm Mehdizadə