- 17:33
Liviya ilə Malta arasında beynəlxalq sularda miqrantları daşıyan qayığın batması nəticəsində təxminən 50 nəfər həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, miqrantları daşıyan qayıq yanvarın 22-də Tunisdən yola düşüb və ertəsi gün naməlum səbəbdən Liviya ilə Malta arasındakı dəniz ərazisində batıb.
Hesabatda bildirilir ki, hadisədən yalnız bir nəfər sağ qurtulub. Sağ qalan şəxs kommersiya yük gəmisi tərəfindən xilas edilib və ifadəsində qayığın batması zamanı təxminən 50 nəfərin həyatını itirdiyini bildirib.
Malta Silahlı Qüvvələri sağ qalanın xilas edilərək müalicə üçün Maltaya aparıldığını təsdiqləyib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə