Yaponiyada güclü qar nəticəsində 16 nəfər ölüb


  • 16:24

Yaponiyada yağan güclü qarın fəsadları nəticəsində azı 16 nəfər həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yolların təmizlənməsi zamanı səhhəti pisləşən şəxslər var.

Ölüm halları ən çox Niigata prefekturasında (11 nəfər) və Akita prefekturasında (4 nəfər) qeydə alınıb. Bir ölüm faktı isə Yamagata prefekturasında baş verib.

Sözügedən 3 prefekturada təxminən 120 nəfər xəsarət alıb.

Humay Eminqızı

Oxşar xəbərlər