- 17:33
Almaniya yeni həftəyə sərt qış şəraiti ilə başlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü qar və buzlanma ölkə üzrə ictimai və şəhərlərarası nəqliyyatda ciddi fasilələrə səbəb olub.
Beə ki, Hamburqda tramvay və uzun məsafəli qatar reyslərində gecikmələr yaşanıb. Baden-Vürtemberqin Heilbronn şəhərində qar və buz səbəbindən təxminən 20 avtomobil yolda qalıb, bəzi bölgələrdə qarın qalınlığı 31 santimetrə çatıb. Reutlingendə 100-dən çox yol qəzası qeydə alınıb, Bavariyada isə bir neçə şəhərdə məktəblər bağlanıb.
Paytaxt Berlində qatarların hərəkəti təxirə salınıb, avtobus reysləri dayandırılıb. Brandenburq əyalətində buzlanma nəticəsində 56 yol qəzası baş verib, 7 nəfər xəsarət alıb. Şimal-şərq bölgələrində, o cümlədən Meklenburq-Ön Pommerndə ictimai nəqliyyatın fəaliyyəti tamamilə dayandırılıb.
Sərt hava şəraiti Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Latviya və İsveçə planlaşdırılan rəsmi səfərinə də təsir edib. Berlin hava limanında buzlanma səbəbindən uçuş baş tutmayıb, səfərin Leypsiqdən hərbi təyyarə ilə davam etdirilməsi qərara alınıb.
Şəbnəm Mehdizadə