Sərxoş ər arvadını yandırdı - Dəhşətli hadisə


  • 17:33

Rusiyanın Tuva ərazisində ər arvadının üzərinə benzin tökərək yandırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 25-i fərdi yaşayış evində baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan kişi həyat yoldaşının iradlarından narazı olduğu üçün mübahisə edib. Daha sonra, benzin dolu kanistr götürərək qadının üzərinə töküb və onu yandırıb.

Zərərçəkmiş termik yanıqlarla tibb müəssisəsinə çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər