- 26 Yanvar 17:33
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana yaxın ərazilərdə hərbi qüvvələr cəmləşdirdiyini bildirib və Tehranın dialoqa hazır olduğuna inandığını deyib.
E-huquq.az xəbər verir ki, Tramp bu barədə "Axios" portalının jurnalistlərinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-ın İrana yaxın ərazilərdə yerləşdirdiyi qüvvələr Venesuela ətrafında olanlardan daha çoxdur.
ABŞ prezidenti bildirib ki, İran hakimiyyəti razılaşma əldə etmək istəyir və dəfələrlə əlaqə saxlayaraq danışmağa hazır olduqlarını bildirib.
Tramp konkret hansı razılaşmaların nəzərdə tutulduğunu açıqlamayıb.
Nəşrin yazdığına görə, ABŞ prezidenti İranla bağlı atacağı növbəti addımları da dəqiqləşdirməyib və ölkədə vəziyyətin dəyişiklik mərhələsində olduğunu qeyd edib.