İzmirdə 33 qanunsuz miqrant xilas edilib


  • 11:15

Türkiyənin İzmir şəhərində 33 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Seferihisar mahalı sahillərində rezin qayıqda 33 qeyri-qanuni miqrantın olduğu müəyyən edilib. .

Əraziyə Sahil Mühafizəsinin gəmisi və qayığı əraziyə göndərilib. Komandalar qayıqda olan 33 qeyri-qanuni miqrantı xilas edib.

Çeşmə rayonunda isə 17 qeyri-qanuni miqrant yaxalanıb.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər