ABŞ-də qarlı hava 30 nəfərin ölümünə səbəb olub


  • 11:24

ABŞ-də güclü qar və şaxtalı hava 30 nəfərin ölümünə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bir sıra bölgələrində 554 mindən çox insan işıqsız qalıb.

Bəzi ərazilərdə qarın hündürlüyü 30 santimetri keçib.

Bir sıra yollarda nəqliyyatın hərəkətini dayandırılıb, çoxsaylı məktəblər bağlanıb.

ABŞ Milli Meteorologiya Xidməti Pensilvaniyanın şimalındakı bəzi bölgələrdə qarın qalınlığının 50 santimetrə çatdığını, temperaturun -31 dərəcəyə qədər düşdüyünü bildirib.

Rəsmilər yol qəzaları ilə bağlı əhaliyə xəbərdarlıq edib. Soyuq hava şəraitinin yaxın günlərdə də davam edəcəyi bildirilib.

Ölkə üzrə 12.000-dən çox uçuş ləğv edilib və ya təxirə salınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər