İtaliyada "Harri" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib


  • 11:29

İtaliyanın 3 vilayətində "Harri" qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Siciliya, Sardiniya və Kalabriya vilayətində əhaliyə xəbərdarlıq edilib.

Baş nazir Corcia Meloninin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qasırğa nəticəsində ölkəyə dəyən zərərin qiyməti təxminən 1,2 milyard avro olaraq qiymətləndirilib.

Bölgələrin bərpası üçün Milli Fövqəladə Hallar Fondundan ilkin olaraq 100 milyon avro ayırıb.

"Harri" qasırğasının xüsusilə sahil boyu ərazilərdə yerləşən obyektlərə əhəmiyyətli ziyan vurduğu qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər