- 12:53
NASA-nın Ay ətrafında uçacaq növbəti astronavt qrupu karantinə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA-nın Reid Wiseman, Victor Glover və Christina Koch astronavtları, Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Ceremi Hansen ilə birlikdə missiyalarını gecikdirə biləcək hər hansı bir xəstəliyə tutulmaması üçün başqaları ilə əlaqəsi məhdudlaşdırılıb.
Bu dövr missiyadan təxminən 14 gün əvvəl başlayır.
Ekipaj Hyustonda karantin dövrünə başlayacaq. Sınaq müsbət nəticə verərsə astronavtlar buraxılışdan təxminən altı gün əvvəl Floridadakı Kennedi Kosmik Mərkəzinə gedəcəklər.
Karantin zamanı ekipaj karantin qaydalarına riayət edən dostları, ailəsi və həmkarları ilə müntəzəm əlaqə saxlaya biləcək.
Lakin astronavtlar ictimai yerlərdən uzaq duracaq, təmasda olduqları şəxslərlə məsafə saxlayacaq və son təlim fəaliyyətlərini davam etdirərkən maskalar taxacaqlar. Təlim fəaliyyətləri yaxın günlərdə missiya simulyasiyaları və tibbi müayinələrlə davam edəcək.
Şəbnəm Mehdizadə