Tramp bu ölkəyə qarşı ticarət tariflərini artırır


  • 12:53

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın ticarət razılaşmasını yerinə yetirmədiyini əsas gətirərək ölkəyə tətbiq edilən rüsumların 15 faizdən 25 faizə yüksəldiləcəyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.

Prezident, ticarət razılaşmalarının ABŞ üçün vacib olduğunu vurğulayaraq eyni yanaşmanın ticarət tərəfdaşlarından da gözlədiklərini bildirib.

Ağ Ev lideri Cənubi Koreya parlamentinin ABŞ ilə bağlanmış ticarət razılaşmasına əməl etmədiyini qeyd edib.

Tramp nəticə olaraq tarifləri 25 faizə qaldırmağa qərar verdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər