- 17:26
Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə Ukraynanı Avropa İttifaqına (Aİ) qəbul etməyə çağırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident öz “Telegram” hesabında Avstriya kansleri Kristian Ştokerlə danışıqlarının nəticəsi ilə bağlı yazısında bildirib.
"Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması yalnız bizim üçün deyil, bütün Avropa üçün də təhlükəsizliyin əsas zəmanətlərindən biridir. Çünki Avropanın ümumi gücü, xüsusilə, Ukraynanın təhlükəsizlik, texnologiya və iqtisadiyyat sahələrindəki töhfəsi sayəsində mümkündür. Məhz buna görə də biz konkret bir tarix - 2027-ci ili - qeyd edirik və tərəfdaşlarımızın mövqeyimizə dəstək verəcəyinə ümid edirik", - Zelenski bildirib.
Ukrayna lideri kansleri Əbu-Dabidə keçirilən üçtərəfli görüşün nəticələri barədə də məlumatlandırıb. O, əsas müzakirələrin hərbi məsələlərə yönəldiyini, lakin tərəflərin Ukrayna üçün təhlükəsizlik təminatlarını da müzakirə etdiyini vurğulayıb.
Humay Eminqızı