- 17:26
Avropa Komissiyası 2027-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan qaz almasını qadağan etməsini təsdiqlədikdən sonra, nüvə yanacağına dair oxşar qadağanın hazırlanmasına başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna Kaysa İtkonen Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bu qadağa hazırlanma mərhələsindədir. Bu daha mürəkkəb bir məsələdir, buna görə də mən onun konkret nə vaxt təqdim ediləcəyi barədə tarix verə bilmirəm", - nümayəndə bildirib.
Humay Eminqızı