Qəzzada ölənlərin sayı 71 662 nəfərə çatıb


  • 17:15

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 2 nəfər artaraq 71 662 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada son 24 saatda 9 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

Atəşkəsin qüvvəyə mindiyi vaxtdan etibarən 488 dinc sakin həyatını itirib, 1350 nəfər yaralanıb.

İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumları nəticəsində ölənlərin sayının 71 min 662, yaralı sayının isə 171 min 428-ə yüksəldiyi vurğulanıb.

Humay Eminqızı

Oxşar xəbərlər