Avstraliyada təyyarə qəzası - Ölənlər var


  • 17:26

Avstraliyanın Hek Field şəhərində təyyarə qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “PerthNow” nəşri məlumat yayıb.

Məlumata görə, qəza yerli vaxtla 06:00 radələrində, şəxsi eniş zolağında baş verib.

Van's RV-8A tipli təyyarə havaya qalxdıqdan dərhal sonra idarəetməni itirib və yerə çırpılıb.

Qəza nəticəsində 73 yaşlı pilot və sərnişin yanaraq həyatını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər