- 12:20
Belçikada 2025-ci ilin sentyabrından 21 yanvar 2026-cı il tarixinə qədər 558 şübhəli pilotsuz uçuş aparatı (drone) müşahidə edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Belçika Milli Böhran Mərkəzi (NCCN) məlumat yayıb.
Bu müddət ərzində, Belçikanın Zaventem və Liege hava limanlarında pilotsuz uçuş aparatlarının aktivliyi səbəbindən 9 dəfə uçuşlar dayandırılıb.
Şübhəli dron müşahidələrindən 66-sı hərbi bölgələrdə, 66-sı nüvə obyektlərinin yaxınlığında, qalanları isə hava limanları və yüksək riskli sənaye sahələri kimi kritik infrastruktur obyektlərində qeydə alınıb.
Daxili işlər naziri Bernar Kventin bu hadisələrin ölkənin hava məkanının təhlükəsizliyi üçün ciddi narahatlıq yaratdığını vurğulayıb.
Nazir bu uçuşların vətəndaşlar və ya infrastruktur üçün qaçılmaz təhlükə yaratmadığını, əksinə, təhdid və narahatlıq yaratma məqsədi daşıdığını bildirib.
Şəbnəm Mehdizadə