- 12:20
Ukrayna Prezidenti Volodimir Zelenski terror aktları və mülki əhaliyə zərbələr endirməklə sülh danışıqlarının istənilən formasını pozmağa çalışır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Zelenski rejimi təmaslara necə cavab verir? Hərbi zərurətə görə deyil, döyüş meydanındakı vəziyyətin məntiqinə uyğun olmayan zərbələr endirir. Birbaşa mülki, dinc əhaliyə, sosial obyektlərə hücum edilir. Bunlar sadəcə zərbələr deyil, terror aktlarıdır. Bu, şübhəsiz ki, istənilən müzakirələrin, sülhə doğru hər hansı hərəkətin pozulması və pozulmasına cəhddir" - o bildirib.
Humay Eminqızı