- 12:13
ABŞ Prezidenti Donald Tramp dolların dəyərini itirdiyini düşünmədiyini bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada, dolların vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Dolların ucuzlaşması ilə bağlı sualları cavablandıran Tramp, ABŞ dollarının çox dəyər itirmədiyini vurğulayıb:
"Xeyr, məncə, bu əladır. Gördüyümüz işlərə baxın. Dollar əla işləyir."
Onun sözlərinə görə, digər ölkələr öz valyutalarını aşağı saldıqda, bu, beynəlxalq rəqabəti çətinləşdirir. Tramp, dolların öz səviyyəsini tapmağa çalışdığını və bu prosesin ədalətli olduğunu əlavə edib.
Prezidentin bu açıqlamalarından sonra, ABŞ dollarının digər əsas valyutalar qarşısında dəyərini ölçən Dollar İndeksi 95,6-ya enərək son 4 ilin ən aşağı səviyyəsinə düşüb.
Beynəlxalq bazarlarda isə avro/dollar pariteti 1.20-yə yüksələrək 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Şəbnəm Mehdizadə