Əhməd əl-Şaraa Moskvada səfərdədir


  • 14:39

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Moskvaya gəlib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, Suriya liderinin təyyarəsi Moskvanın Vnukovo hava limanına eniş edib.

Hava limanında onu qarşılayanlar arasında Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin də olub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə Əhməd əl-Şaraa arasında baş tutacaq danışıqlarda müxtəlif sahələrdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyətin əhatə edəcəyi gözlənilir.

Humay Eminqızı

Oxşar xəbərlər