- 16:56
Rusiyanın Kaluqa şəhərində “AGR” avtomobil zavodunda (keçmiş “Volkswagen” avtomobil zavodu) yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla təxminən 11:55 radələrində baş verib.
Yanğın avtomobil zavodunun anbarında qeydə alınıb və 700 kvadratmetr ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün hadisə yerinə 12 texnika və 44 canlı qüvvə cəlb edilib.
Zavodun əməkdaşları təxliyyə edilib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılıb.
Humay Eminqızı