- 16:56
Türkiyənin Adana şəhərində sürücü yük maşını ilə 2 pişiyi vurub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Adananın Seyhan rayonunun Döşeme məhəlləsində baş verib.
Bundan sonra ətrafdakılar və heyansevərlər qəza barədə polisə məlumat verilib.
Hadisə ilə bağlı 46 yaşlı sürücü saxlanılıb.
O, ifadəsində hadisənin təsadüfən baş verdiyini, pişikləri görmədiyini bildirib.
Məhkəmənin qərarına əsasən, sürücü 1 ay heyvan sığınacağında işləmək şərti ilə azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə