- 17:35
Avropa Komissiyası (AK) kritik infrastrukturun qorunması üçün Baltikyanı ölkələr və Polşaya 113 milyon avro vəsait ayırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Aİ ilk dəfədir enerji infrastrukturunun mühafizəsini maliyyələşdirir.
"Bu imkanlar Litva, Latviya və Estoniyanın Polşa vasitəsilə Qərbi Avropa ilə elektrik şəbəkələrinin sinxronlaşdırılması nəticəsində yaranıb. Gələcəkdə də kritik infrastrukturun qorunması layihələri üçün maliyyə ayırmaq məqsədilə Avropa Komissiyasına müraciət etməyi planlaşdırırıq”, – nazirlikdə bildirilib.
Litvaya nəzərdə tutulan yardımın payı 22 milyon avro təşkil edir.
Humay Eminqızı