- 17:35
Yaponiyanın şimal və qərb bölgələrində güclü qar ciddi fəsadlar törədib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü qar Aomori əyalətində çətinliklər yaradıb, Niigata əyalətində isə 4 nəfərin ölümünə səbəb olub. Ölüm hallarının çoxu, evlərin damlarından qar təmizlənərkən və ətrafda qar yığılması ilə bağlı olub.
Son üç gündə baş verən qəzalar nəticəsində 10-u ağır olmaqla, 16 nəfər yaralanıb.
Yaponiyanın Meteorologiya Agentliyi qar və fırtınanın davam edəcəyini, bəzi bölgələrdə qar qalınlığının 70 santimetrə çatacağını bildirib.
Vətəndaşlara donmuş yollarda sürüşməmək, damlardan qarın tökülməsindən çəkinmək və elektrik xətləri ilə bağlı ehtiyatlı olmaq tövsiyə edilib.
Şəbnəm Mehdizadə