- 17:35
Litva Nazirlər Kabineti Gömrük Departamentinin təklifi ilə razılaşıb və çənlərində 200 litrdən çox yanacaq olan avtomobillərin Rusiya və Belarusdan ölkəyə girişinə qadağa qoyulmasını təsdiqləyib.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Departamentin iddiasına görə, baklarda olan artıq yanacaq satış üçün boşaldılır.
Departamentin məlumatına görə, orta hesabla gündə Litvaya təxminən 200 Rusiya və Belarusiya qeydiyyatlı yük maşını daxil olur, ay ərzində isə bu rəqəm 7,1 minə çatır. Departamentin hesablamalarına görə, əgər bir yük maşınından qanunsuz olaraq 500 litr dizel yanacağı tökülürsə, gündəlik itki 100 min litr olacaq. Dövlət ay ərzində ödədilməyən vergilər nəticəsində 2,2 milyon avro itirəcək.
Humay Eminqızı