- 17:30
İran ABŞ və İsraillə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyur.
E-huquq.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.
Onun sözlərinə görə, ilk iki mərhələ 2025-ci ilin iyununda baş verən 12 günlük müharibə və 2026-cı ilin yanvarında Vaşinqtonun təşkilatçılığı ilə ölkədə baş verən iğtişaşlar olub.
Qəribabadinin sözlərinə görə, hazırda İran ətrafında baş verən hər şey münaqişənin növbəti mərhələsinin başlanğıcını göstərir.
"Bəli, onlar taktikalarını dəyişiblər, lakin bir şeyi deyə bilərəm: bu mərhələdə də əvvəlki ikisində olduğu kimi məğlubiyyətə uğrayacaqlar", - müavin bildirib.
Qəribabadi bildirib ki, Tehran heç vaxt müharibə istəməyib və indi də istəmir, lakin özünü müdafiə etməyi bacarmağı zəruri hesab edir və diplomatik arenada irəliləyiş əldə olunsa belə, müdafiəsini gücləndirməkdən əl çəkməyəcək.
Humay Eminqızı