- 11:32
Tayland Kral Hərbi Hava Qüvvələrinə məxsus AT-6 təyyarəsi qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Matichon”qəzeti məlumat yayıb.
Qəza ölkənin şimalındakı Çianq May əyalətində yerli vaxtla 10:30 radələrində baş verib.
Hadisə nəticəsində hər iki pilot həlak olub.
İnsidentlə bağlı araşdırmaya başlanılıb.
Humay Eminqızı