Türkiyədə fabrikdə güclü yanğın baş verib


  • 10:54

Türkiyənin Bursa şəhərində fabrikdə yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Nilüfer rayonunda yerləşən fabrikdə naməlum səbəblərdən yanğın başlayıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən maşın, təcili tibbi yardım və polis göndərilib.

Yanğın qrupların təxminən 4 saatlıq işindən sonra nəzarətə götürülüb.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, fabrikə külli miqdarda maddi ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər