- 11:46
Kolumbiyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiyanın dövlət aviaşirkətinin törəmə şirkəti olan Satena şirkətinə məxsus Beech 1900D təyyarəsi Şimali Santander bölgəsindəki La Playa de Belen şəhəri yaxınlığında radarlardan itib. Təyyarə yerli vaxtla saat 12:10-da eniş etməli idi.
Göyərtəsində 13 sərnişin və 2 ekipaj üzvünün olduğu təyyarənin qalıqları La Playa şəhəri yaxınlığındakı Kurasika kəndində fermerlər tərəfindən tapılıb.
Əraziyə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib.
Ölənlərdən yeddi nəfərin cəsəd tapılıb, digərlərinin axtarışları davam edir.
Həyatını itirənlər arasında Katatumbo bölgəsində Nümayəndələr Palatasının üzvü Diogenes Quintero Amaya da var.
Şəbnəm Mehdizadə