- 12:44
Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkətinin xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabata görə, şirkətin gəliri ötən ilin son rübündə illik müqayisədə 3 faiz azalaraq 24,9 milyard dollar olub.
Tesla 2024-cü ilin eyni dövründə 25,7 milyard dollar gəlir əldə edib. Şirkətin bütün 2025-ci il üzrə gəliri də illik müqayisədə 3 faiz azalaraq 94,8 milyard dollar olub.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalaraq 840 milyon dollar olub.
"Tesla"nın xalis mənfəəti 2024-cü ilin son rübündə 2,1 milyard dollar olub.
Teslanın səhm başına qazancı da 60 sentdən 24 sentə düşüb.
Şirkət 2025-ci ilin dördüncü rübündə qlobal miqyasda 434,358 avtomobil istehsal edərək, 418,227 avtomobil təqdim edib.
Şəbnəm Mehdizadə