Rusiyanın hərbi itkiləri İkinci Dünya Müharibəsindən sonra ən yüksək səviyyəyə çatıb


  • 11:46

Rusiyanın hərbi itkiləri İkinci Dünya Müharibəsindən sonra ən yüksək səviyyəyə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) açıqlama yayıb.

Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya təxminən təxminən 1,2 milyon, Ukrayna isə 500-600 min nəfər itki verib.

Məlumatda qeyd olunur ki, İkinci Dünya Müharibəsindən sonra heç bir böyük dövlət bu qədər böyük itkilərə məruz qalmayıb.

Hesabatda qeyd olunur ki, ağır itkilərə baxmayaraq, Rusiya qüvvələri quruda çox yavaş irəliləyir. Lakin Kremlin sözçüsü Dmitri Peskov, hərbi itkilər barədə yayılan məlumatları təkzib edib. Peskov bildirib ki, yalnız Rusiya Müdafiə Nazirliyinin bu barədə açıqlama vermək səlahiyyəti var.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər