Si Cinpin: "Çin-Britaniya münasibətlərində yeni səhifə açılır"


  • 13:03

Çin hakimiyyəti Böyük Britaniya ilə uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.

E-huquq.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının lideri Si Cinpin Pekində Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşündə deyib.

Si Cinpin Böyük Britaniyanın baş nazirinin Çinin təqdim etdiyi əlverişli imkanlar və Pekinlə qarşılıqlı fəaliyyətə görə Britaniyaya minnətdarlıq edib.

Si Cinpin həmçinin qeyd edib ki, bu səfər Çin-Britaniya münasibətlərində yeni səhifə açacaq.

Qeyd edək ki, Kir Starmer yanvarın 31-dək Çində səfərdə olacaq.

Humay Eminqızı

Oxşar xəbərlər