- 15:40
Macarıstan Avropa İttifaqına üzv ölkələr tərəfindən Ukraynaya yaxın 10 il ərzində 1,5 trilyon dollar məbləğində vəsait ayrılmasına qarşı çıxış edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Brüssel ukraynalıların 1,5 trilyon dollar ayrılması tələbini heç bir tənqid olmadan qəbul edib və bu vəsaiti avropalıların pulları hesabına onlara vermək istəyir. Macarıstanda bizim hökumət hakimiyyətdə olduğu müddətcə, Brüssel bu mənasız planı həyata keçirmək üçün Macarıstan vətəndaşlarının vəsaitindən bir forint belə yönəldə bilməyəcək”, - deyə XİN rəsmisi bildirib.
O qeyd edib ki, yanvarın 29-da Aİ Xarici İşlər Şurasının iclasında təzyiqlərə boyun əyməyəcək və Kiyev ilə Brüsselin planına etiraz edəcək.
Humay Eminqızı