ABŞ-də etirazlar zamanı 18 nəfər saxlanılıb


  • 15:29

ABŞ-nin Texas və Minnesota ştatlarında ABŞ İmmiqrasiya və Gömrük Xidmətinə (ICE) qarşı etiraz edən 18 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, ABŞ-nin baş prokuroru Pam Bondi məlumat verib.

Etirazçıların hüquq-mühafizə orqanları əməkdaşlarına hücum etmək, müqavimət göstərmək və işinə mane olmaq səbəbi ilə saxlanıldığını bildirən Bondi saxlanılanların sayının artacağını bildirib.

Qeyd edək ki, yanvarın 20-də Minnesota ştatında atanın və onun 5 yaşlı oğlunun ICE agentləri tərəfindən saxlanılması və onların Texas ştatının Dilley şəhərindəki immiqrasiya mərkəzinə köçürülməsi etirazlara səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər