Rusiyada 116 məktəbli infeksiyaya yoluxub


  • 15:35

Rusiyanın Tümen vilayətində məktəblilər arasında kəskin bağırsaq infeksiyası yayılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, infeksiyaya yoluxma halı Onoxino kəndindəki məktəblərdən birində baş verib.

Məlumata görə, 116 şagird infeksiyaya yoluxub. Onlardan birinin vəziyyəti orta ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Digərləri isə ambulator müalicə alır və həkim nəzarətindədir.

Hazırda infeksiyanın səbəbi məlum deyil, araşdırmalar aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər