- 16:55
Gecə saatlarında aktiv olan insanların ürək sağlamlığının ümumi əhaliyə nisbətən daha zəif olur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Harvard Tibb Məktəbi tərəfindən aparılan bir araşdırmaya görə, bioloji saat və gündəlik həyatın tempi arasındakı uyğunsuzluq ürək sağlamlığına mənfi təsir göstərir.
Tədqiqat qrupunun rəhbəri Sina Kienersi bədənin daxili saatı ilə iş qrafiki arasındakı ziddiyyətin sağlam vərdişləri qoruyub saxlamağı çətinləşdirdiyini bildirib.
Bədənin əsas bioloji saatı təkcə yuxu rejimini deyil, həm də ürək döyüntüsünü, qan təzyiqini, stress hormonlarını və maddələr mübadiləsini tənzimləyir.
Tədqiqatçılar hər bir fərdin ritminin fərqli olduğunu, lakin gecə gec saatlarda fiziki və zehni cəhətdən daha aktiv olanların erkən oyananlara nisbətən daha çox risk altında olduğunu söyləyirlər.
Bu fərdlərin ilk infarkt və ya insult keçirmə riskinin digər insanlarla müqayisədə 16 faiz daha yüksək olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə