- 16:55
Rusiya prezidenti Vladimir Putin və Rusiyada rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Kremldə danışıqlara başlayıb.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, görüş Böyük Kreml Sarayının Aleksandr zalında keçirilir.
Danışıqlar zamanı dövlət başçıları çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının əsas istiqamətlərini, Yaxın Şərqdəki mövcud vəziyyəti və beynəlxalq gündəliyin digər məsələlərini müzakirə edəcəklər.
BƏƏ tərəfi, öz növbəsində, əməkdaşlığın inkişaf etdirilməsi və birgə işlərin, ilk növbədə, iqtisadi, ticarət, sərmayə və enerji sahələrində müzakirələrin aparılacağını bəyan edib.
Humay Eminqızı