Avstraliyada meşə yanğınlarında 110 min hektardan çox ərazi zərər görüb


  • 16:16

Avstraliyanın Viktoriya ştatında yanvar ayında baş verən meşə yanğınları nəticəsində 110 min hektardan çox sahə zərər görüb.

E-huquq.az xəbər verir ki, bu barədə Viktoriya Kənd Təsərrüfatı Departamenti məlumat yayıb.

Məlumata görə, son bir ayda davam edən meşə yanğınlarında 40 mindən çox heyvan tələf olub.

Viktoriya ştatının cənub-qərb sahilində yerləşən Otvays bölgəsində 110 min 107 hektar kənd təsərrüfatı sahəsi yanıb, 16 tikili yararsız hala düşüb.

Humay Eminqızı

Oxşar xəbərlər