- 16:55
İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb.
E-huquq.az xəbər verir ki, axtarış-xilasetmə rəsmisi Ade Dianın sözlərinə görə, həyatını itirənlərdən 38 nəfərin şəxsiyyəti təsdiqlənib.
Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin son məlumatlarına görə, sürüşmə nəticəsində 155 nəfər zərər görüb, 27 nəfər isə itkin düşüb.
Humay Eminqızı