BƏƏ prezidenti Putinə təşəkkür edib


  • 16:55

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya lideri Vladimir Putinə Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsində vasitəçilik etdiyinə görə minnətdarlığını bildirib.

E-huquq.az xəbər verir ki, bu barədə o, Kremldə danışıqlar zamanı bildirib.

"Cənab Prezident, sizə təşəkkür edirəm ki, Rusiya və Ukrayna arasında əsirlərin dəyişdirilməsinə dair işimizə dəstək göstərirsiniz. Bu, çox vacib bir məsələdir", - BƏƏ lideri bildirib.

O qeyd edib ki, BƏƏ sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək siyasi və diplomatik həll yollarına nail olmaq məqsədi daşıyan istənilən səyləri dəstəkləyir.

Humay Eminqızı

Oxşar xəbərlər