İstanbulda məhbusları daşıyan avtobus aşdı - 19 nəfər yaralı


  • 09:17

Türkiyənin İstanbul şəhərində məhbusları daşıyan nəqliyyat vasitəsi qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Hasdal-Kemerburqaz yolunda İstanbul Hava Limanına doğru hərəkət edən nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində 19 nəfər yaralanıb. Yaralılardan 2-nin vəziyyəti ağırdır.

İstanbul Valiliyinin qəza ilə bağlı verdiyi açıqlamada bildirlib ki, nəqliyyat vasitəsində 12 məhbus, 6 jandarma işçisi və 1 sürücünü olub.

"Qəzada 2 jandarma işçisi də daxil olmaqla ümumilikdə 19 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar", - deyə məlumatda qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər