Türkiyədə silahlı insident zamanı 7 nəfər yaralanıb


  • 10:32

Türkiyənin Malatya şəhərində silahlı insident baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Battalgazi rayonunda aralarında ədavət olan şəxs tanışının iş yerinə gələrək mübahisə zamanı ov tüfəngi ilə atəş açıb.

Yaralı qaçmağa çalışsa da, şübhəli onu təqib edərək yenidən atəş açıb.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisədən sonra qaçan şübhəli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər